Bakı əhalisinə xəbərdarlıq - Sabah küçəyə çıxmayın!

09
apr
2021
15:40
Bakı sakinlərinə sabah küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilib.
Bakı Şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, sabah - aprel ayının 10-u səhər saatlarından etibarən paytaxt üzrə iməcilik və şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Oxşar xəbərlər
Dezinfeksiya maddələri insan orqanizminə nə dərəcədə ziyanlı ola bilər?
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev dezinfeksiya tədbirləri barədə müsahibə verib. BAKU.WS...