Bakı Beynəlxalq Avtovağzalında işıqlar söndü, növbələr yarandı - FOTO

Bakı Beynəlxalq Avtovağzalında işıqlar söndü, növbələr yarandı - FOTO
Foto
Sosial 255

Bakı Beynəlxalq Avtovağzal Kompleksində işıqlar sönüb.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, bir neçə saat ərzində avtovağzalda elektrik enerjisi kəsildiyi üçün biletlərin satışında problem yaşanıb, kassaların qarşısında növbə yaranıb.

BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib ki, elektrik enerjisinin verilməsində məhdudiyyət qısa vaxt çəkib:

“Deyildiyi kimi saatlar ərzində işıq sönməyib.

Problem sadəcə 5-10 dəqiqə çəkib və həll olunub.

Artıq kassalarda hər hansı problem yoxdur.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, elektrik enerjisinin verilməsində yaşanmış problem Bakı-Sumqayıt yolunda aparılan təmirlə bağlı olub:

“Yol buldozerlə qazılan zaman yeraltı xətlər zərər görüb. Problem aradan qaldırılıb”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər