Bakı Baş Səhiyyə İdarəsi ləğv edilib, yeni qurum yaradılır
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır. Proses yaxın zamanlarda yekunlaşacaq”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
O qeyd edib ki, ilkin səhiyyə xidmətinə aid olan strukturlar həmin tibb mərkəzində birləşəcəklər: “Eləcə də 5 saylı Doğum evinin qadın məsləhətxanası da İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək.
Mərkəzin tabeliyində olacaq poliklinikalardakı dar ixtisaslı həkimlər Kliniki Tibbi Mərkəzin tabeliyinə keçəcək. Nəticə etibarı ilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı fikir ayrılıqları: Həkim və xəstənin səlahiyyətləri hansılardır?
Aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibb müəssisələrində icbari tibbi sığortanın...