Bakda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən həyata keçiriləcək.
Görüləcək işlərin ümumi dəyəri təxminən 1,9 milyon manat təşkil edir.
Planlaşdırılan işlərə əsasən, mövcud bina əvvəlki təyinatından fərqli olaraq yenidən qurulacaq və burada 218 çarpayılıq Psixiatriya Mərkəzi və 123 çarpayılıq Narkoloji Mərkəz fəaliyyət göstərəcək.
Layihənin məqsədi paytaxtda psixi sağlamlıq və narkoloji xidmətlərin genişləndirilməsi, bu sahədə tibbi xidmətlərin əlçatanlığının artırılmasıdır.
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...