Bakıda yeni piyada keçidləri – FOTO
01
sen
2018
11:48
Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib, standartlara cavab verməyən eyni səviyyəli piyada keçidlərinin yerləri dəyişdirilərək uyğun vəziyyətə gətirilib.Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə açıqlamasında dən bildirib.Məlumatda qeyd edilib ki, Məhəmməd Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində, Suraxanı rayonu Bahar qəsəbəsində, Qara Qarayev prospekti kənar yolda, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Xocalı prospekti ilə Sergey Senyuşkin küçəsinin kəsişməsində, Mirzəağa Əliyev küçəsinin Bülbül prospekti ilə kəsişməsində, Mərdanov qardaşları küçəsində və digər ünvanlarda başlanılıb.Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərhələli şəkildə Bakıda yerləşən və yararsız hala düşmüş eynisəviyyəli piyada keçidləri yenilənərək vətəndaşların müraciətləri və mütəxəssislərimizin araşdırmaları nəticəsində məqsədəmüvafiq hesab edilən yerlərdə yeni eyni səviyyəli piyada keçidləri təşkil ediləcək.BAKU.WS
Oxşar xəbərlər
Piyadalar üçün ŞAD XƏBƏR - FOTO
2017-ci ildə piyada keçidlərinin vəziyyəti ilə bağlı aparılan təhlillər nəticəsində aşkar edilən çatışmazlıqlar artıq aradan qaldırılıb.Bakı Nəqliyyat Agentliyi...