Bakıda taksi sürücüsü turistin başına oyun açdı : Qapını bağlayıb... (FOTO)
27
apr
2018
10:57
Paytaxtda fəaliyyət göstərən taksi sürücüləri “fərqlənib”. Belə ki, Baku Taksi daşıyıcı şirkətə məxsus və "badımcan taksiləri" kimi tanınan taksilərin sürücülərindən biri çinli turistən gediş haqqının 300 faizini istəyib. Bu barədə çinli turist Eason Janq sosial şəbəkədəki səhifəsində yazıb. “Bakıdakı bu taksi üçün ayıb olsun. Mən “Port Baku”dan Gənclikdəki Abu Arenaya getmək istəmişəm. O, taksometri işə salmayıb, qapıları bağlayıb və məndən 15 manat pul istəyib. Gediş haqqı isə maksimum 5 manat, 189 taksi xidməti ilə hətta 4 manatdır. Sürücü mənə dedi ki, ürəyin istəyirsə lap polisə zəng vur. Yəni, mən 15 manat ödəməsən məni taksidən buraxan deyil.”
Vəkil dostuna zəng vuran çinli turist polisə zəng vurmağa xahiş. edib. Bunu görən taksi sürücüsü istədiyi məbləği dərhal 10, sonra isə 8 manata endirib. “Sonda mən 8 manat ödədim və taksini tərk etdim. Lakin bu Formula-1 vaxtı çox pis təcrübə oldu,” - deyə turist bildirib.
Məsələni aydınlaşdırmaq üçün daşıyıcının özü ilə əlaqə saxlamağa çalışdıq. “Baku Taksi”nin səhifəsində göstərilən nömrələr üzrə telefona nəinki cavab verdilər, nömrələrin biri ümumiyyətlə şəhər sakininin ev nömrəsi olub. Əvəzində isə daha bir şikayətçinin rəyinə rast gəldik.“Qız qalasının yanından Bayıl İnn-ə gedirdim. Sürücü 27.57 AZN-ə çek verdi amma gediş haqqının 12 manat olduğunu dedi. Səs-küy saldım və 10 AZN ödədim. Amma saytınızda həmin yolu 2 manata getmək olduğu qeyd olunub.”
Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirdilər ki, bu məsələ ilə bağlı məlumat daxil olub və bununla bağlı müvafiq araşdırma aparılır. Qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, ümumilikdə isə Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyətində nizam intizamın yaradılmasını hədəfləyib.“Məqsədimiz bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaq şəhərimizin müasir simasına uyğunlaşdırmaqdır. Bununla bağlı Beynəlxalq praktika öyrənilməklə konsepsiya hazırlanıb. Bu konsepsiyada taksi xidməti ilə bağlı bir çox vacib məqamlarla öz əksini tapıb. İstər nəqliyyat vasitələrinə olan tələblər olsun İstər sürücülərin peşəkarlığı ilə bağlı məsələlər olsun. “Qeyd edək ki, ötən ay nazillər kabinetinin iclası zamanı ölkə başçısı İlham Əliyev əcnəbi turistlərin Azərbaycana səfərləri zamanı qanunsuzluqlarla üzləşdiyini bildirmişdi. Onun sözlərinə görə, Azərbaycan hər bir turizm potensialı olan ölkə kimi çalışır ki, turistləri cəlb eləsin, onlar üçün şərait yaradsın lakin turistlərin üzləşdiyi neqativ hallar ancaq ölkənin imicinə zərər vurur.İsmayıl Fətəliyev BAKU.WS
Oxşar xəbərlər
Əhəd Abıyev *9933 taksi şirkətini aldı - başqa taksi xidməti ilə birləşir (YENİLƏNİB)
*9933 kimi tanınan "Salam Taksi" şirkəti *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilməsi iddialarına cavab verib. "Salam Taksi" şirkətinin icraçı direk...