Bakıda qəribə yol-hərəkəti nişanı - FOTO

Bakıda qəribə yol-hərəkəti nişanı - FOTO
Sosial 1354
Paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə akademik M.Mirqasımov küçəsinin kəsişməsində qəribə yol nişanı quraşdırılıb. BAKU.WS xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti Azər Allahverənov sosial şəbəkədə foto paylaşaraq məlumat verib.Onun paylaşdığı fotoda 4.1.4 - Düzünə və sağa hərəkət yol nişanının səhv quraşdırıldığını görürük. "Aidiyyətı strukturlardan xahiş edirəm ki, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə akademik M.Mirqasımov küçəsinin kəsişməsində quraşdırılmış yol nişanını düz səviyyəyə gətirsinlər"-yazaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev və "Azəravtoyol" İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfliyə müraciət edib.Ekspertin statusuna reaksiya verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bununla bağlı ölçü götürüləcəyini bildirib.Zülfiyyə QurbanovaBAKU.WS
M.Qaşqay küçəsi ilə M.Mirqasımov küçəsinin kəsişməsində quraşdırılmış yol nişanını
4.1.4 - Düzünə və sağa hərəkət yol nişanı

Oxşar xəbərlər

Bakıda qəza böyük tıxaca səbəb oldu – VİDEO

Bakıda qəza böyük tıxaca səbəb oldu – VİDEO

Bu gün günorta saatlarında Bakının ən böyük və işlək yollarından birində ağır qəza baş verib.Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Ma...

1619 Hadisə 15:58 22 fevral 2019

Son xəbərlər