Bakıda bu yolda hərəkət istiqaməti dəyişdirildi – FOTO

20
dek
2018
12:44
Bakıda avtomobillərin sıx olduğu yollardan birində hərəkət istiqaməti dəyişdirilib.Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib.Verilən məlumata görə, Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən gələrək Babək prospekti, yol ötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Babək prospekti kənar yol və ya Bəkir Çobanzadə küçəsi istiqamətinə hərəkət etmək istəyərkən yol ötürücünün sonuna kimi hərəkət edib,Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurdular ki, nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində (maşın bazarının dairəsində) tıxac və sıxlıq halları yaranırdı.Edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri yol ötürücüdən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcəklər ki,bu da Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə tıxac və sıxlıq hallarının azaldılmasına, həmçinin sürücülərin daha az məsafə qət etmələrinə imkan yaradacaqdır. Hazırda həmin hissədə nişanlanma və yol nişanlarının quraşdırılması işləri aparılmaqdadır. BAKU.WS










Oxşar xəbərlər
Babək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Aparılan təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 23-dən 24-nə keçən gecədən etibarən Yeni Günəşli yaşayış sahəsi istiqamətində Babək prospektinin Mikayıl...
