Bakıda məscidin işıqları kəsildi - 24 min manat borca görə

Bakıda məscidin işıqları kəsildi - 24 min manat borca görə
Sosial 3217
Abşeron rayonunun Novxanı kəndində yerləşən "Hacı Səfərəli" məscidinin işıqları kəsilib. BAKU.WS-in məlumatına görə, bu barədə prodüsser Tarix Əliyev (Tolik) məlumat verib. Bildirilir ki, 24 min manata işıq borcuna görə məscidə enerji verilişi dayanıb və artıq 1 həftədir ki, məsciddə azan səsi gəlmir. Qeyd olunur ki, ilkin olaraq 5 min manat ödəniləcəyi təqdirdə məscidə enerji verilişi bərpa ediləcək. Qeyd edək ki, bu məscid hicri tarixi ilə 1324-cü ildə tikilib. Əvvəllər o, iki hissədən ibarət olub. Kiçik hissəni hacı Səfərəli 113 il bundan əvvəl tikdirmişdi. Elə məscid də onun xatirəsinə adlandırılıb.NazimBAKU.WS

Son xəbərlər