Bakıda mənzillər ucuzlaşıb
                            
                                11
                                sen
                            
                                2018
                                21:13
                            
                            
                        2018-ci ilin avqust ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 1.57 faiz olub.Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin stabil qaldığını qeyd edib.Onun sözlərinə görə, mənzil bazarında qiymət azalması aktivliyin olmaması ilə bağlıdır: “Yay ayı olduğu üçün insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür”.N.İbrahimov hesab edir ki, payız aylarında mənzil bazarında 6 faizə qədər bahalaşma ola bilər.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakıda kirayə mənzillər ucuzlaşdı
May ayında Bakıda kirayə mənzil bazarında qiymətlər ucuzlaşıb.BAKU.WS-in məlumatına görə, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi...