Bakıda marketlər suyun qiymətini bahalaşdırdı: 1 litr su benzin qiymətinə

03
iyl
2017
15:05
Havanın isti keçməsi ilə əlaqədar Bakının marketlərində suyun qiyməti kəskin qalxıb.
BAKU.WS-in əməkdaşının marketlərdə apardığı müşahidədən aydın olub ki, qazsız suyun qiyməti 35-40 faiz bahalaşıb. Bu özünü xüsusilə paytaxtın mərkəzindəki mağazalarda göstərir.
Satışda olan sulardan hər birinin üzərinə 0.30-0.50 AZN pul qoyulub. Məsələ ilə bağlı Bakıdakı topdan satışları ilə əlaqə saxladıq. Aldığımız məlumata görə, suların satışında qiymət artırılmayıb.
Belə çıxır ki, suyun qiymətini marketlər özbaşına şəkildə qaldırırlar.
Tuncay
BAKU.WS
Oxşar xəbərlər
Marketlərdə içməli su qıtlığı yaranıb
Son üç gün ərzində yaranmış ajiotaj mağazalarda içməli suya olan tələbatı fantastik dərəcədə artırıb. BAKU.WS-in əldə etdiyi məlumata görə, əksər mağazalarda...
