Bakıda icra başçısının ağac şousu - FOTOFAKT

Bakıda icra başçısının ağac şousu - FOTOFAKT
Sosial 2628

Bir neçə gün əvvəl başçısı olduğu rayonda ağac əkərkən fotolar çəkdirən başçı nədənsə məhv edilən yaşıllıqlardan xəbərsizdir.Dəfələrlə Nəsimi rayonu ərazisində yaşıllıqların məhv edilməsi, yerində iaşə obyektləri və hündürmərtəbəli binaların tikilməsi haqda məlumat vermişik. Prezident Administrasiyasına vətəndaşlar tərəfindən yaşıllıqların məhv edilməsi ilə bağlı edilən şikayətlərin sayının çox olmasına görə də ilk sıralarda Nəsimi rayonunun adı keçir.

BAKU.WS musavat.com xəbər verir ki, Nəsimi rayonunda ağacların məhv edilməsi səngimir və bu hadisələrin sırasına daha biri əlavə olunub.

Rayonun mərkəzi hissəsində, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında tikinti şirkəti hasara aldığı ərazidəki ağacları kəsib. "Yaşam Residence" şirkəti bir neçə şam ağacını məhv edib.

Bir neçə gün əvvəl sosial şəbəkə istifadəçiləri hasara alınan ərazinin fotolarını paylaşaraq ağacların kəsiləcəyi ilə bağlı xəbərdarlıq etmişdilər.

Bu gün isə məlum olub ki, artıq həmin ağaclar məhv edilib. Aşağıda təqdim etdiyimiz fotolardan da "ağac qətliamı"nın bir neçə gün ərzində necə həyata keçirildiyini müşahidə etmək mümkündür.

Xatırladaq ki, bir neçə gün əvvəl Nəsimi rayonunda ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı silsilə məlumatlar mətbuatın gündəminə zəbt etmişdi. Bundan sonra rayonun başçısı Asif Əsgərov bir neçə şam ağacı əkərkən görüntülənmişdi...

BAKU.WS

Son xəbərlər