Bakıda evlərə palçıqlı su verilir (VİDEO)
19
noy
2015
14:26
Ötən gün Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki evlərə palçıqlı su verilib.
BAKU.WS-in məlumatına görə, bu barədə Space TV-nin əməkdaşı Zamira Dadaşova şəxsi facebook səhifəsində yazıb. Aparıcı verilmiş suyun görüntüsünü də videoya çəkərək səhifəsində paylaşıb. "Bizə verilən su... Dəhşətdir. Aparıb "Azərsu”nun rəhbərinə verəcəyəm, övladları ilə içsin”. Z. Dadaşova "Qafqazinfo”ya açıqlamasında dünənə nisbətən bu gün səhər suyun rəngində yaxşılaşma müşahidə etdiyini qeyd edib. Qeyd edək ki, hazırda "Azərsu” məsələni araşdırır. BAKU.WS
Oxşar xəbərlər
Bakının mərkəzinə içməli suyun verilməsi dayandırıldı
Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Xaq...