Bakıda bir gün su olmayacaq

Bakıda bir gün su olmayacaq
Sosial 1937

 

Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib.

Bu barədə BAKU.WS-ə "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

BAKU.WS

Oxşar xəbərlər

Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Xətai rayonunda içməli suyun verilməsində bu gün məhdudiyyətlər olacaq. "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata göpə, Bak...

1713 Sosial 11:40 08 iyul 2016

Son xəbərlər