Bakıda "Bahar" adlı hesabat sərgisi keçirildi (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
İçərişəhər Dölət Tarixi Memarlıq Qoruğunda yerləşən "Art Tower" qalereyasında "Arts School" rəssamlıq məktəbinin şagirdlərinin "Bahar" adlı hesabat sərgisi keçirilib.
Sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökümət təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə rəssamlıq məktəbinin şagirdləri ərsəyə gətirdikləri əsərlərini böyük həvəslə nümayiş etdiriblər. Giriş sözü ilə çıxış edən Sona xanım kiçik rəssamları diplomla və hədiyyələrlə təltif edib. Sərginin iştirakçıları çox həyəcanlı və eyni zamanda da sevincli idilər.
2010-cu ildən fəaliyyət göstərən "Art School" məktəbi "Arts Council Azerbaijan" təşkilatının layihəsidir və gənc rəssamların inkişafı üçün yaradılıb. Layihənin rəhbəri Sona Quliyevadır. Sərgidə Səyyalı Məmmədovanın gənc rəssam tələbələri Məmmədlı Sürəyya, Qurbanzadə İsrafil, Həsənova Fatimə, Hacıyeva Sədəf, Qasımzadə Mehdi, Rzayev Orxan, Muradova Nəslixan, Rzayeva Mehriban, Xatim Ömər, Qaralova Nazilə, Qurbanov Məhəmməd, Karpın Eduard, Bayramova Qəmər, Fərhad, Üzeyir Baxışzadə və başqalarının sənət əsərləri nümayiş olunub.
Sərgi 10 aprel tarixinədək davam edəcək.
BAKU.WS
![]()
Oxşar xəbərlər
Bakıda bu tarixdə nəqliyyat vasitələri pulsuz işləyəcək (ÜNVAN)
Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli...