“The Balvenie Master of Craft Azerbaijan” adlı sərgi keçiriləcək

“The Balvenie Master of Craft Azerbaijan” adlı sərgi keçiriləcək
Şou-biznes 928

"The Balvenie Master of Craft Azerbaijan” adlı unikal layihəsi çərçivəsində Bakıda azərbaycanlı fotoqraf Elmar Mustafazadənin əl işi ilə məşğul olan ustalara həsr olunmuş fotosərgisi keçiriləcək. 

BAKU.WS xəbər verir ki, tədbirdə fotoqrafın Azərbaycanın Gəncə, Şamaxı, İsmayıllı, Zaqatala, Göygöl kimi şəhər və rayonlarında yaşayan və əl işi ilə məşğul olan görkəmli sənətkarları nümayiş edən 15 işi təqdim olunacaq.

Eyni zamanda, məhz sərgidə iştirak etmək məqsədilə Bakıya müxtəlif rayonlardan təşrif buyurmuş bir neçə sənətkarın əl işləri də nümayiş etdiriləcək. Belə ki, tədbirdə fotoşəkillərlə yanaşı dulusçu, dəmirçi, şəbəkə və silah ustaları, dülgər, düyü halvası və simli musiqi alətləri hazırlayan ustaların əl işlərini görmək mümkün olacaq.

Sərgi sabah saat 19:00-da "Four Seasons” otelində olacaq.

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

Bakıda tanklar və zirehli texnika  - FOTO

Bakıda tanklar və zirehli texnika - FOTO

Bakı Ekspo Mərkəzində "ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışı olub. Azvision.az-a xəbər verir ki, sərgidə yüngül texnikalarla yanaş...

1819 Sosial 14:10 28 sentyabr 2016

Son xəbərlər