Bakı Meriyasına “məcburi göstəriş” verildi- RƏSMİ
06
avq
2018
14:05
Nəsimi rayonu, 20 yanvar küçəsində yaşıllıq ərazidə ağacların yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.Nazirlikdən BAKU.WS-ə daxil olan məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı 1.5 sot yaşıllıq ərazidə 4 şam ağacının yanaraq quruma təhlükəsi qarşısında qaldığı məlum olub. Faktla bağla akt tərtib edilib, qanun pozucusunun müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət edilib.Ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli məmur cəzalandırıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayə...