Bağçalara qəbul vaxtı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, prosesə iyul ayında start veriləcək.
Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
İyunun 1-dən qəbulun elektronlaşdırılması üzrə işlər çərçivəsində məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının elektron sistemdə toplanılmasına artıq başlanılıb.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.
Oxşar xəbərlər
Bu gündən birinci sinifə şagird qəbulu üzrə məktəb seçimi başlayır
Bu gündən, mayın 6-dan Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır. BAKU.WS xəbər verir ki, bu gündən həmçinin dövlət ümumi təhsil müəssisələrinin tədris...