Bağça müdirlərinin yerdəyişməsi prosesi BAŞLANILIR
Yeniliklərdən dərhal xəbərdar olun
Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin yerdəyişməsi müsabiqəsinə başlanılır.
BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan ali pedaqoji təhsilli və həmin müəssisədə müdir vəzifəsində ən azı üç il işləmiş şəxslər iştirak edə bilərlər.
Yerdəyişmə etmək istəyən namizədlər 3 aprel 2026-cı il tarixindən 13 aprel 2026-cı il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/vbjLLTJBMebfZHza8
Tələb olunan sənədlər:
- Ali və ya orta ixtisas təhsili haqqında diplomun surəti
- Əmək kitabçasının surəti
Oxşar xəbərlər
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. BAKU.WS xəbər verir ki, bu...