Bacısının tanışını maşınla vurdu, lakin etiraf etmir
26
iyn
2019
21:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 24-də Xəzər rayonu Buzovna qəsəbəsində 31 yaşlı Rəşad Əliyevin qətlinin təfərrüatı məlum olub.BAKU.WS xəbər verir ki, Hadisənin təfərrüatı barədə Oxu.Az-a Xəzər rayonu hüquq-mühafizə orqanlarından məlumat veriblər.29 yaşlı Murad Baxşiyev “VAZ-2107” avtomobili ilə R.Əliyevi vurub. R.Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib, şübhəli isə saxlanılıb. Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi qaldırılıb.Lakin M.Baxşiyev iddia edir ki, qonşusunu təsadüfən vurub. Hadisə zamanı R.Əliyevin yanında M.Baxşiyevin bacısı olub. Məlum olub ki, o boşanıb və təkbaşına üç uşaq böyüdür.İstintaqın versiyasına əsasən, M.Baxşiyev bacısını R.Əliyevin yanında gördüyünə görə hiddətlənib və bu səbəbdən onu idarə etdiyi maşınla vurub. Ancaq saxlanılan bunu qəsdən törətdiyini etiraf etmir.İstintaq davam edir.
Oxşar xəbərlər
İlham Əliyev 60 ailəyə mənzil hədiyyə etdi - FOTO
Bu gün, 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə Prezident cənab İlham Əliyevin hədiyyəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi...