Babək rayonunda 4 gün ərzində elektrik enerjisinin verilişində fasilələr olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
15-19 sentyabrda Babək rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində gün ərzində fasilələr olacaq.
Bu müddət ərzində 35/10 kV-luq Cəhri yarımstansiyasından qidalanan 10 kV-luq Cəhri-1, Cəhri-2 və Cəhri-3 hava xətlərində payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçiriləcək.
Plan üzrə xətlərə toxunan ağacların kəsilməsi, boş sallanmış naqillərin çəkilərək bərkidilməsi, KTM-lərin (komplekt transformator məntəqələri) təmiri və ətrafının təmizlənməsi işləri görüləcək.
Bununla əlaqədar olaraq, Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişi arabir dayandırılacaq.
Oxşar xəbərlər
Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib
Ağsu, Göyçay və Zərdabda 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, Ağsuda şəhid ailələri və müharibə iştir...