Azxeber.com saytı 13 yaşını qeyd edir

Azxeber.com saytı 13 yaşını qeyd edir
Sosial 33

Bu gün Azxeber.com informasiya portalının 13 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, 2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

Eyni zamanda portalın tvitter, yutub və teleqram sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

BAKU.WS kollektivi olaraq həmkarlarımızı təbrik edirik!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər