Azxeber.com 14 yaşını qeyd edir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azxeber.com informasiya portalının 14 yaşı tamam olur.
2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.
Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.
Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.
Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.
Eyni zamanda portalın instagram (750 min), tiktok (180 min), threads (17 min), yutub (50 min) və teleqram (25 min), facebook (35 min) sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.
Oxşar xəbərlər
TikTok: 2023-cü ildə Azərbaycanda 390 mindən çox video silinib
TikTok icma təhlükəsizliyini necə təmin edir: 2023-cü ilin birinci rübündə Azərbaycanda 390 mindən çox video silinib BAKU.WS xəbər verir ki, TikTok, insanların...