Azxeber.com 15 yaşını qeyd edir
Bu gün Azxeber.com informasiya portalının 15 yaşı tamam olur.
2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.
Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.
Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.
BAKU.WS kollektivi Azxeber.com portalında çalışan həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır.
Oxşar xəbərlər
Sabah 33° isti olacağı gözlənilir
Azərbaycanda sentyabrın 13-də 33 dərəcə isti olacaq. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron...