“Aztelekom”un rəhbəri dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Tural Pirverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru təyin edilib.
BAKU.WS xəbər verir ki, o, bu vəzifədə Elçin Niyazovu əvəz edib.
T. Pirverdiyev, 2008-209-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft-Qaz Constraction” şirkətində, 2009-cu ildən isə "Azercell Telecom" şirkətində müxtəlif vəziflərdə çalışıb. O, bu təyinatadək "Azercell Telecom" şirkətinin maliyyə direktorunun müavini və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
T. Pirverdiyev, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə rəhbər təyin edilib. Bu vəzuifədə də E. Niyazovu əvəz edib.
Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manat təşkil edir. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...