"Aztelekom" yenidən təşkil edilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC yenidən təşkil edilir.
BAKU.WS "Report" a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Məlumata görə, buna səbəb "Bakı Telefon Rabitəsi", "Az-Evro Tel" və "Azərrabitəlayihə" MMC-lər, "Aztelekom"un Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi və Sumqayıt Telekommunikasiya Qovşağının ləğv edilərək "Aztelekom"a qoşulmasıdır.
Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanına bildirə bilərlər.
Oxşar xəbərlər
55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?
Paytaxtda köhnə avtobuslarla bağlı problemlər davam edir. Növbəti şikayət Sabunçu və Yeni Günəşli qəsəbələri istiqamətində hərəkət edən 55 nömrəli marşrutla bağ...