Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirilib
19
okt
2018
15:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Respublika Müalicəvi Diaqnostika Mərkəzində neyrocərrahiyyə əməliyyatı ilə xəstədə törəmə tam xaric edilib.Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Mərkəzə müraciət edən 66 yaşlı qadın son aylarda, yerimənin və müvazinətin pozulması, aşağı ətraflarda artan gücsüzlük, ağrı və hissiyyatın pozulması şikayətlərinin olduğunu bildirib.Köməklə, çətin yeriyən xəstəyə çəkilən MRT-də onurğa beyninin döş şöbəsində yerləşmiş, onurğa kanalını dolduran və onurğa beynini sıxan törəmə aşkar edilib.Neyrocərrah Azər Əkbərov tərəfindən törəmə mikroskopik olaraq tam xaric edilib.3 ay sonra xəstənin bütün şikayətləri keçib. Post-op MRT-də qalıq törəmə aşkar edilməyib, onurğa kanalı və onurğa beyni tam rahatdır.BAKU.WS
Oxşar xəbərlər
Nazirlik zavodu məhkəməyə verdi
Atmosfer havasını çirkləndirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının 2 ay əvvəl cərimə sanksiyası tətbiq etdiyi “Bakı Fəhləsi Maşınqayı...