Azərbaycanda 16 yaşlı qızın mədəsindən iynə çıxarılıb

Azərbaycanda 16 yaşlı qızın mədəsindən iynə çıxarılıb
Hadisə 1534

 

Bir neçə gün əvvəl dişləri arasında saxladığı tikiş iynəsini təsadüfən udan 16 yaşlı qızın mədəsindən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən yad cisim xaric edilib.

RMDM-dən APA-ya verilən məlumata görə, Mərkəzin həkim-mütəxəssislərinin birgə səyi nəticəsində ümumi anesteziya altında endoskopik yolla qızın mədə divarına sancılmış iynə xaric edilib və prosedur fəsadsız başa çatdırılıb.

BAKU.WS

Son xəbərlər