Elza efirdə 21 yaşlı qızı biabır etdi: "Bir az xoruzlanırsan, amma..." (VİDEO)

Elza efirdə 21 yaşlı qızı biabır etdi: Bir az xoruzlanırsan, amma... (VİDEO)
Video
Şou-biznes 5048

 

Əməkdar artist Elza Seyidcahan ATV-də yayımlanan "10-dan sonra" verilişində hər kəsi təəccübləndirib.

BAKU.WS axşam.az-a istinadən bildirir ki, müğənni proqrama gələn Aysel adlı qızın arıq olmasını ələ salıb. 

E.Seyidcahan qızın ünvanına təhqirlər səsləndirib:

"İçəri girəndə salam da vermədi. Belə adamla heç danışmamalıydıq. Siz deyirsiz ki, bu qız nərmənazikdir. Bunlar o qədər içlərini yeyirlər ki, çöpə dönürlər. 21 yaşlı qız necə olmalıdır ki? Kök qızlar ürəyi təmizlikdən yeyir, verirlər ətə. Bir də var Aysel kimi qızlar, o qədər içlərini yeyirlər ki, günü-gündən quruyurlar. Belələrinə deyirlər "taqqanaq". Kökəlməyə həsrət olurlar, iynə vurdururlar. Buna həqiqəti deməliyik ki, başa düşsün".

"Mənim üçün kənardakıların fikrinin heç bir əhəmiyyəti yoxdur", - deyən Aysel göz yaşlarını saxlaya bilməyib. 

E.Seyidcahan daha sonra qıza hansı ildən olduğunu soruşub. Ayselin "xoruz" ilindən olduğunu eşidən müğənni "Bir az xoruzlanırsan, amma yaxşı qızsan" deyib.

BAKU.WS

Oxşar xəbərlər

Elza: “Yazdıqlarımı Mayakovskinin şeirlərinə bənzədirlər”

Elza: “Yazdıqlarımı Mayakovskinin şeirlərinə bənzədirlər”

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın həm də özünəməxsus tərzdə şeirlər yazdığı heç kimə sirr deyil. Müğənni BAKU.WS-ə açıqlamasında "Mənim şeirlə...

4090 Şou-biznes 11:14 08 noyabr 2016

Son xəbərlər