Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
02
okt
2018
14:50
Azərbaycanda “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsi hazırlanıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, hazırda ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb.Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılması gözlənilir.Layihə üzərində işin yekunlaşacağı təqdirdə sənədin Milli Məclisin payız sessiyasında, yaxud növbəti sessiyada müzakirəyə çıxarılması mümkündür.BAKU.WS
Oxşar xəbərlər
Məktəblərdə mobil telefonlar qadağan olunur
Azərbaycanda məktəbəqədər və orta təhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təklif olunub. "Report"un məlumatına görə, bu...