Azərbaycanda nazir və icra başçılarının maaşları (SİYAHI)
23
noy
2018
20:12
Xəbər verildiyi kimi, Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) əmək haqqı 200-manatdan arıq artırılıb.İndiyədək 2025 manat olan Əmək haqqı 2230 manat yüksəldilib.Bu arada ölkəmizdə rəhbər vəzifə tutan digər şəxslərin də maaşlarını xatırlamağına dəyər.BAKU.WS Fed.az-a iastinadən xəbər verir ki, Azərbaycanda dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub.Sərəncama əsasən, Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə nəzərdə tutulub. 1. Baş nazir - 2460 manat2. Baş nazirin birinci müavini - 2160 manat3. Baş nazirin müavini - 2060 manat4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi - 1925 manat5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri - 1595 manat6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - 1375 manat7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini - 1280 manat8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini - 1155 manatYerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğdədir:Bakı şəhəri - 1925 manatGəncə və Sumqayıt şəhərləri - 1280 manatşəhər, rayon və şəhər rayonu üzrə:əhalisinin sayı 100 min nəfərdən çox olduqda - 1045 manatəhalisinin sayı 50-100 min nəfər olduqda - 990 manatəhalisinin sayı 50 min nəfərədək olduqda - 880 manatBAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyevdən maaşların artırılması ilə bağlı SƏRƏNCAM
Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin aylıq vəzifə maaşları artırılıb.BAKU.WS xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası...