Prezident maaşların artırılması ilə bağlı sərəncam imzaladı
09
mar
2018
19:19
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, adıçəkilən qurumların hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının maaşı artırılıb
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılmas...