Azərbaycanda fərdi yaşayış evlərinin 60 faizi şəhərdə tikilib
24
yan
2018
13:45
2017-ci ildə Azərbaycan vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1599,9 min kvadratmetr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilib ki, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6 faizini təşkil edib.Trend-in məlumatına görə, fərdi yaşayış evlərinin 626,7 min kvadratmetri və ya 39,2 faizi kənd yerlərində tikilib.Qeyd edək ki, əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kv.m olub. Evlərin 59,3 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.BAKU.WS
Oxşar xəbərlər
Bu il Azərbaycanda 5,6 min fərdi yaşayış evi tikilib
2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadratmetr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib. BAKU.WS...