Azərbaycanda dövlət maşınları satışda - Hyundai 5000, Mercedes 7000 AZN (QİYMƏTLƏR)

30
okt
2018
15:17
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) nayabrın20-də növbəti avtomobil hərracını keçirəcək.BAKU.WS-in məlumatına görə, hərracda 9 dövlət maşını təqdim olunacaq. Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır:Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)(tel:566-07-44)BAKU.WS20 noyabr 2018-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti(manatla) | 10% beh(manatla) |
1. | Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası | Tofaş Şahin | 2004 | 1700 | 170 |
2. | Xaçmaz Rayon İcra Hakimiyyəti | QAZ-31105 | 2006 | 1200 | 120 |
3. | Xocavənd Rayon İcra Hakimiyyəti | Mercedes Benz E240 | 1998 | 7000 | 700 |
4. | Xocavənd Rayon İcra Hakimiyyəti | BMW 530i | 2006 | 15000 | 1500 |
5. | Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti | VAZ-11113 Oka | 2005 | 700 | 70 |
6. | “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidməti | VAZ-2107 | 1995 | 800 | 80 |
7. | “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidməti | Hyundai Sonata | 2005 | 5000 | 500 |
8. | “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidməti | QAZ-3102 | 2004 | 2300 | 230 |
9. | “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidməti | Rexton RX270 | 2005 | 14000 | 1400 |
Oxşar xəbərlər
Dövlət maşınları satışa çıxır - FIAT 3500, BMW 16000 AZN (QİYMƏTLƏR)
Azərbaycanda dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarılıb.Bu barədə BAKU.WS-ə Əmək məsələləri dövlət komitəsindən məlumat verilib.Qeyd: 1...
