Dövlət maşınları satışa çıxır - FIAT 3500, BMW 16000 AZN (QİYMƏTLƏR)

Dövlət maşınları satışa çıxır - FIAT 3500, BMW 16000 AZN (QİYMƏTLƏR)
Sosial 3607
Azərbaycanda dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarılıb.Bu barədə BAKU.WS-ə Əmək məsələləri dövlət komitəsindən məlumat verilib.Qeyd: 1-ci sətirdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.2-3-cü sətirdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir) (tel:566-07-44)BAKU.WS

Son xəbərlər