Ucuz maşınlar satışda - BMW-320 5200, Nissan Maxima 3525 AZN (QİYMƏTLƏR)
22
may
2018
10:31
Azərbaycanda dövlət avtomobilləri hərraca çıxarılacaq. BAKU.WS-in məlumatına görə, 20 iyun 2018-ci il tarixdə hərraca 9 nəqliyyat vasitəsi çıxarılacaq. 1-ci sətirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.2-ci sətirdə Azərbaycan Respublikası Milli Məclisi İşlər İdarəsinin nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)(tel:566-07-44)AbbasBAKU.WS
Oxşar xəbərlər
Dövlət avtomobilləri satışa çıxır - "Chevrolet" 8000, BMW 5000 AZN (QİYMƏTLƏR)
Azərbaycanda 1 may tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS-in məlumatına görə, hərraca çıxarılan nəqliyyat vasitələri...