Azərbaycanda bu ərzaqların qiyməti ucuzlaşdı - Dollara görə

Azərbaycanda bu ərzaqların qiyməti ucuzlaşdı - Dollara görə
Sosial 2407

Ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və verilən qərarlar nəticəsində milli valyutamız ABŞ dolları qarşısında dəyər qazanmağa davam edir. Azərbaycanın aparıcı şirkətlərindən olan "Azərsun Holdinq” yaranmış müsbət vəziyyəti nəzərə alaraq ümumilikdə 116 çeşiddə məhsulun qiymətini aşağı salıb. 

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, şirkətlər Qrupu tərəfindən istehsal olunan "Zolotoye solnişko”, "Final”, "Möcüzə”, " Zoluşka” , "Evim” markalı günəbaxan ve qarğıdalı yağlarına 6-8 %,

"Zoluşka” "Kulinarka” ve "Krestyanskoye” markalı spred yağlarına, "Zeytun bağları” markalı zeytun yağına 5 %,

"Aura”, "Evim” markalı müxtəlif salfet və təmizlik məmulatlarına 6-18 %,

"Calve” , "Knorr” ve "Hellmans” markalı müxtəlif souslara 13-35 %,

Mərcimək, yumru düyü, qarabaşaq kimi dənli bitki məhsullarına isə 14-28 % endirim edilib.

Qeyd edək ki, "Azərsun Holdinq” bir müddət əvvəl şəkər tozunun qiymətini 5 %, yəni hər tona görə 60 manat aşağı salmışdı.

BAKU.WS

Oxşar xəbərlər

"Azərsun"dan ərzaqların ucuzlaşması ilə bağlı rəsmi açıqlama

"Azərsun"dan ərzaqların ucuzlaşması ilə bağlı rəsmi açıqlama

Fevraldan başlayaraq dolların məzənnə qiymətinin geriləyərək sabitləşməsi aprel ayından başlayaraq qiymətlərin də aşağı düşməsi ərzaq məhsullarının qiymətinə öz...

3958 Sosial 12:27 06 aprel 2017

Son xəbərlər