Azərbaycanda 12 uşağın dərmandan ölməsi xəbərinə rəsmi açıqlama

Azərbaycanda 12 uşağın dərmandan ölməsi xəbərinə rəsmi açıqlama
Sosial 2994

Son günlər sosial şəbəkələrdə insanları təşvişə salan məlumatlar yayılıb. BAKU.WS-in məlumatına görə, Facebook, İnstagram, Twitter, WhatsApp və s. kimi məşhur şəbəkələrdə insanlara uşaq ölümlərilə bağlı mesajlar gəlir.

"3-12 yaş arası 12 uşaq qəflətən keçinib. Yarılma nəticəsində məlum olub ki, uşaqların hamsı dərman peraparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman pereparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə qaçaqmal yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur. DİQQƏT... UŞAQLARA QƏTİ VERİLMƏMƏLİ OLAN DƏRMANLARIN SİYAHISI... AMOKSİÇİLİN (АМОКСИЦИЛЛИН), KAPESULA (КАПЕСУЛА), UBUPROFEN (ИБУПРОФЕН СУСПЕНЗИЯ), АЛКЛОФЕНАК, СУМАМЕД, ИНГАЛИПТ, АНТИСЕПТ, ИНФЛЮЦИД, ДЕТСКИЙ ПАНАДОЛ, САНАСОЛ. Yuxarıda adları verilən dərman pereparatlarının qəbulunu çalışın heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar götürülnədək məhdudlaşdırın. Əgər hər hansı allergiya ilə qarşılaşarsızsa, 0,5- 1 həb Ketotifen və ya 10-15 damcı Fenistil qəbul etmək lazımdı”, - deyə mesajlarda bildirilir. Məsələyə aydınlıq gətirmək üçün ilk öncə hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq. Ölkənin hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, ölkədə kütləvi uşaq ölümü barədə deyilənlərin heç biri həqiqətə uyğun deyil. Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyindən BAKU.WS-ə bildirdilər ki, deyilənlərin heç biri düz deyil. "Bu səpkili məlumatlar vaxtaşırı müxtəlif dövlətlərdə yayılıb. (Rusiyada, Qazaxıstanda, Gürcüstanda, eləcə də bizdə) Ötən il, elə iki ay öncə də bizdə belə yanlış məlumat yayılmışdı. Bu informasiyanın nə mənbəyi, nə də ki, əsası var. Bu sadəcə əhali arasında panika yaratmağa xidmət edən absurd bir məlumatdır”, - deyə nazirliyin mətbuat xidmətindən bildirdilər. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Tarif Şurasından yeni qiymət qərarı

Tarif Şurasından yeni qiymət qərarı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir....

1713 Sosial 00:15 06 oktyabr 2015

Son xəbərlər