Azərbaycan martın 27-də yay vaxtına keçəcək

Azərbaycan martın 27-də yay vaxtına keçəcək
Sosial 1319

 

Martın 27-də saat 04:00-da Azərbaycanda saatların əqrəbi bir saat irəli çəkiləcək.

BAKU.WS-in məlumatına görə, Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir.

Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.

Bu qərarın həyata keçirilməsinə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.

BAKU.WS

Oxşar xəbərlər

Novruz bayramında şagirdlər daha çox dincələcəklər

Novruz bayramında şagirdlər daha çox dincələcəklər

Azərbaycan Təhsil Nazirliyi Novruz bayramı ilə əlaqədar şagirdlər üçün necə gün dərs gününün olmayacağına aydınlıq gətirib. Nazirlikdən BAKU.WS-ə verilən məlum...

2208 Şou-biznes 09:25 20 fevral 2016

Son xəbərlər