"Azon zavodu"nun direktoru dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Sənayesi Nazirliyinə məxsus "Azon zavodu" MMC-nin direktoru Ruhin Cəfərov vəzifəsindən azad edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, müəssisəyə rəhbərlik Yaşar İbrahimova həvalə olunub.
Xatırladaq ki, "Azon zavodu" 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Onun nizamnamə kapitalı 554 928 manatdır.
Oxşar xəbərlər
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb. Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi is...