"Azərsu" qışa hazırdırmı?
Yeniliklərdən dərhal xəbərdar olun
Təxminən 2 aydan sonra Azərbaycana qış fəsli gələcək. Buna isə digər kommunal qurumlar kimi "Azərsu" ASC də hazır olmalıdır.
Təcrübə göstərir ki, bəzən şaxtalı havalarda su xətlərində donma halları baş verir və bunlar əhalinin su ilə fasiləsiz təchizatına əngəl yaradır. Bəs belə hallara qarşı hansı tədbirlər görülür?
BAKU.WS-in məlumatına görə, bununla bağlı "report"un sorğusuna cavab olaraq "Azərsu" ASC-dən bildirilib ki, qurumun çəkdiyi su xətlərində qış aylarında donma təhlükəsi, demək olar ki, yoxdur:
"Qış mövsümünə hazırlıqla bağlı avqust ayından başlayaraq xeyli iş görmüşük. Həm tullantı suyu infrastrukturunda işlər görülüb, xətlər, kollektorlar, baxış quyuları, yağış barmaqlıqları, bəzi məşişət tullantılarından yuyulub təmizlənib, tam ötürücülük qabiliyyəti təmin olunub. Həm də nasos stansiyalarımız təftiş olunub, nasoslar, mühərriklər tam işlək vəziyyətə gətirilib.
Qarşıdakı qış aylarında şaxtalı günlərdə su təchizatı ilə bağlı “Azərsu”yun mərkəzləşmiş qaydada tikdiyi su xətlərində heç bir problem yoxdur. Onlar torpağın 80-90 santimetr dərinliyinə basdırılıb və onların donma təhlükəsi, demək olar ki, yoxdur.
Ötən illərdə donma halları insanlar tərəfindən fərdi qaydada çəkilən yerüstü xətlərdə yaşanıb. Bizim zəng mərkəzlərinə daxil olan müraciətlər göstərir ki, ötən il donma ilə bağlı müraciətlər əsasən həyət evlərindən gəlirdi, ordakı su xətləri isə əksər hallarda insanlar tərəfindən fərdi qaydada çəkilən xətlərdir.
Məsələn, Kənd Binəqədi, Sulutəpə, yeni yaşayış massivləri, Zabrat kimi yerlərdə insanlar su xəttini yerin üstü ilə çəkirlər və bir az şaxta, donvurma olan kimi sular donur, bundan da həmin sakinlər əziyyət çəkirlər.
Biz daim əhaliyə müraicət edirik ki, həmin su xətlərini ya torpağın altına basdırsınlar, ya da izolyasiya etsinlər ki, donvurmadan qorusunlar. Qış aylarında su təchizatı ilə bağlı bizim şəbəkələrimizdə, magtistral xətlərimizdə bir problem gözlənilmir".
Oxşar xəbərlər
Bakıda minlərlə insanın həyatı TƏHLÜKƏDƏ - Nə baş verir? - FOTO
Bakının ən böyük kəndlərindən biri olan Maştağada su problemi getdikcə daha da aktuallaşır. Yox, Maştağa sakinləri su qıtlığından əziyyət çəkmirlər. Əksinə, həy...