“Azərişıq” ASC rekord nəticə əldə edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ildə Dövlət Agentliyi tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib.
BAKU.WS xəbər verir ki, bunu "Azərişıq ASC-nin ASAN Xdimət"lə İş Depatamentinin 2023-cü il üzrə hesabat konfransında "Azərişıq ASC-nin ASAN Xdimət"lə İş Depatamentinin direktor müavini İnam Yusifov deyib.
O bildirib ki, “Azərişıq” ASC vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə xidmətləri onlayn platformaya inteqrasiya etmiş və göstərdiyi 17 adda xidmətdən 15 xidmət üzrə e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət etmək imkanı yaradıb:
"Tərəfimizdən Dövlət Xidmətlərinin Elektron Reyestrinə (DXR) daxil edilmiş xidmətlərin 2023-cü il üzrə xidmət səviyyəsinin ölçülməsi, məlumatların toplanılmasını, yoxlanılmasını, təhlilini və qiymətləndirilməsini aparmaq üçün “ASAN xidmət indeksi”ni təşkil edən 155 adda meyarlar və altmeyarlar üzrə tərəfimizdən ümumilikdə 1395 sorğu cavablandırılmış, əsaslandırıcı sənədlər təqdim olunmuşdur. Tədbirdə mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə “ASAN xidmət indeksi” qiymətləndirilməsi nəticələri açıqlanaraq qeyd olundu ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31% ilə 5 ulduzluq rekord nəticə əldə edib.
Ötən illərdə də “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar əldə etmiş, xidmət keyfiyyətinə görə dövlət qurumları arasında ön sıralarda yer almışdır. 2023-cü il üzrə əldə olunan nəticə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmiş sistemli və məqsədəuyğun islahatların nəticəsidir. Bundan sonra da “Azərişıq” ASC tərəfindən xidmətlərin genişləndirilməsi, elektronlaşdırılması istiqamətində işlər davam etdiriləcək və növbəti illərdə də müştəri məmnunluğunun yüksək səviyyədə saxlanılması üçün tədbirlər görüləcəkdir".
İnam Yusifov onu da əlavə edib ki, ötən il ərzində ASAN Xidmətlə İş Departamenti tərəfindən ümumilikdə 323 601 müraciət qəbul olub:
"Müraciətlərin 8314 ədədi elektron şəkildə, 315287 ədədi isə xidmət mərkəzlərində qəbul olunmuşdur. Sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə 7985 müraciətdən 3930 müraciət elektron şəkildə qəbul olunmuşdur ki, bu da ortalama 49% elektron müraciət deməkdir. Ümumilikdə məlumat olaraq bildirim ki, görülmüş tədbirlər nəticəsində 2023-cü ilin son 3 rübü ərzində sahibkarlıq subyektlərinin elektron müraciətlərinin sayı ümumi müraciətlərin 50%-dan artığını təşkil edir.
Enerji təchizatı şəbəkəsinə qoşulma xidmət üzrə 2023-cü ildə Bakı, Regional ASAN xidmət və ASAN Kommunal mərkəzləri üzrə abonentlər 299695 kVt enerji gücü ilə təmin olunmuşlar. Təqdimatdan görünür ki, təmin olunan gücün 54.6%-ı Bakı RETSİ-nin, 45.4%-ı isə regionların payına düşür".
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...