“Azəriqaz”ın əməkdaşını iş başında döydülər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa xidmət sahəsində təmir-bərpa üzrə qaynaqçı vəzifəsində işləyən Babayev Ələkbər İbarət oğlu abonentin fiziki təzyiqinə məruz qalıb.
Bu barədə BAKU.WS-ə “Azəriqaz” İB-dən məlumat verilib.
Belə ki, Aşağı Göyçəli kəndində 420 manat debitor borcu olan abonent Vəliyev Vilayətin qaz təchizatını dayandırarkən ona gözləmədiyi halda arxadan boyun və qol hissəsinə ağacla zərbələr endirilib. Təhqir olunub, qaynaq aparatı əlindən alınıb. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Oxşar xəbərlər
55 obyektdə pozuntular aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...