"Azəriqaz" "Yasamalda qaz xəttində baş verən qəza barədə məlumat yaydı
Bakının Yasamal rayonunda Xocasən qazpaylayıcı stansiyasından (QPS) qidalan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində baş verən qəzanın nəticələri aradan qaldırılır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildrilib ki, dərhal yaranan problemlə bağlı əraziyə İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub.
"Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək" - məlumatda deyilir.
Oxşar xəbərlər
SOCAR Nazirlər Kabinetinin dünənki qərarına aydınlıq gətirdi
"Azərbaycanda təbii qazın hasilatı ilə təkcə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məşğul olmur. Qazın hasilatı SOCAR, beynəlxalq konsorsiumlar və bir neçə xar...