“Azəriqaz” İstehsalat Birliyində yüksək vəzifəyə təyinat - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azəriqaz” İstehsalat Birliyində (İB) yeni təyinat olub.
BAKU.WS xəbər verir ki, qurumdan "oxu.az"a verilən məlumata əsasən, Baş direktor Ruslan Əliyevin imzaladığı əmr ilə Elçin Bilal oğlu Qocayev Birliyin İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər Elçin Qocayev Energetika Nazirliyi yanında Enerji Tənzimləmələri Agentliyində sektor müdiri vəzifəsində çalışıb.
O, Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. Əmək fəaliyyətinə Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində mühəndis kimi başlayıb. 2006-2018-ci illərdə SOCAR-ın müxtəlif idarələrində, eləcə də “Azəriqaz” İB-də şöbə rəisinin müavini, daha sonra isə şöbə rəisi kimi çalışıb.
Qalereya
Oxşar xəbərlər
Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib...