"Azəriqaz" sabahdan gücləndirilmiş rejimə keçir - SƏBƏB MƏLUM OLDU
Yeniliklərdən dərhal xəbərdar olun
Havaların soyuq keçməsi ilə bağlı verilən proqnozlarla əlaqədar "Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində gücləndirilmiş iş rejiminə keçib.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, ölkə ərazisində qaz təzyiqinin aşağı düşməsi ilə bağlı müraciətlər nəzarətə götürülür: "Bəzi ərazilərdə qaz təzyiqinin aşağı düşməsi ilə bağlı "Azəriqaz"ın "Qaynar xətti"nə azsaylı müraciətlər daxil olur. Bu məsələni şəxsən diqqətdə saxlayıram. Sabahdan etibarən ölkə ərazisində havanın hərarəti də aşağı düşəcək. Artıq "Azəriqaz" bu məsələ ilə bağlı hazırlıq tədbirləri görüb. Abonentlərə qazın verilişi ilə bağlı heç bir problem yoxdur".
Oxşar xəbərlər
Bakıda 27 marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamət...