Azərbaycanlı zəvvarların növbəti qrupu Məkkəyə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Üçüncü və dördüncü zəvvar təyyarələrindəki zəvvarlar Məkkə şəhərinə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
"Dünən Azərbaycandan yola düşən üçüncü və dördüncü zəvvar təyyarələri gecə saatlarında Məkkəyə çatıb. Hazırda əməlləri tamamlamaq üzrədirlər. Sonra ərəfə gününədək sərbəst olacaqlar",- Vüsal Cahangiri bildirib.
O əlavə edib ki, beşinci zəvvar təyyarəsi artıq yola çıxıb: "Altıncı zəvvar təyyarəsi isə axşam saatlarında yola çıxacaq".
Qalereya
Oxşar xəbərlər
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb. Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi is...