Azərbaycanlı xanım yüksək vəzifəyə təyin edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə yeni regional meneceri təyin edilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu vəzifəyə əslən azərbaycanlı olan Aytən Rüstəmova təyin edilib.
2001-ci ildə EBRD-nin Bakıdakı nümayəndəliyində işə başlayan A.Rüstəmova 2017-ci ildə adıçəkilən bankın Türkmənistan üzrə ölkə meneceri olub.
EBRD-nin yeni meneceri son 4 ildə çalışdığı Mərkəzi Asiyada qalmağından məmnun olduğunu və bütün tərəfdaş ölkələrlə yaşıl, inklüziv, rəqəmsal və həyati əhəmiyyətli layihələrin partnyorluq şəklində həyata keçiriləcəyini qeyd edib.
Qeyd edək ki, A.Rüstəmova vəzifəsini icra edib EBRD-nin Londonda yerləşən mərkəzi ofisinə qayıdan Neyl Makkeyni (Neil McKain) əvəz edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...