Azərbaycanlı müğənni koronavirusa yoluxdu
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Xatun Əliyeva koronavirusa yoluxub.
BAKU.WS xəbər verir ki, bu barədə müğənni özü sosial media hesabında məlumat yayıb:
"Nə qədər qorunsam da, bütün deyilənlərə əməl etsəm də, bu virusa mən də yoluxdum. Niyə? Çünki daşıyıcılar aramızdadır. İnsanların çoxu məsuliyyətsizdir. Çoxu daşıyıcı olaraq insanların arasına rahat çıxır, ətrafdakıları da yoluxdurur. Biz sənət adamları bəzən məcburuq hansısa tədbirlərdə, çəkilişlərdə iştirak edək. Bu vecsiz insanların ucbatından biz də yoluxuruq.
Mən indi məcburam ki, bütün işimi gücümü atım, evə qapanım. Çünki ətrafımdakıları da düşünürəm, yazıqdır axı bu insanlar! Niyə bu vəziyyətin ciddiliyinə varmırsınız" - deyə X. Əliyeva yazıb.
Oxşar xəbərlər
“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var” - Koronavirusun episentrindən REPORTAJ
İlk dəfə dünya mediasında oxuduğumuz koronavirus bəlası daha sonra ölkəmizdə peyda oldu və hər kəsin qorxulu yuxusuna çevrildi. Aylardır ölkəmizdə bu virusa qar...