Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir qadının meyitini çıxarıb

Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir qadının meyitini çıxarıb
Sosial 80

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir qadının meyitini çıxarıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Heydər Əliyev prospektindəki 7 mərtəbəli binanın dağıntıları altında aşkarlanan orta yaşlı qadının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda xilasedicilərimiz axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 50 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər